Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Zığ
şossesi-Hava Limanı 12-ci km. “22” ünvanında yerləşən Hövsan
Yaşayış Kompleksinin 1 saylı binası üzrə 249 mənzilin satışı 30 iyun 2020-ci il
tarixində saat 11:00-da başlayacaq və 7 iyul 2020-ci il tarixi saat 11:00-dək
davam edəcək.
“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət
Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi
Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 3
iyul 2020-ci il tarixində saat 11:00-da başlayacaq və 7 iyul 2020-ci il tarixi
saat 11:00-dək davam edəcək.
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr
2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət
Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət”
portalında (www.e-gov.az) yaradılmış “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata
keçirilir.
Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə
sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib
olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı
olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir. Həmin şəxslər
elektron kabinetlərində “Satış/Mənzillər” bölməsinə daxil olaraq “erkən gələnə
erkən xidmət” prinsipi (satış başladığı anda sistemə daxil olaraq mənzili ilk seçən
şəxslər onu almaq imkanı əldə edir) əsasında mənzilləri seçə biləcəklər. “Güzəştli
Mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn
və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi
vasitəsilə tanış olmaq mümkündür.
Satışa çıxarılan mənzillər barədə
ümumi məlumat:
Satışa 249 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli,
mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və
elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.
Bütün binalar Azərbaycan Respublikasının Dövlət
Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla
bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə
Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 28.02.2018-ci
il tarixli 24956 nömrəli müsbət rəyi mövcuddur.
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mənzillərin mülkiyyət hüquqlarına dair “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lar verilib.
Bina № |
Binanın |
Binada |
Binaya |
Mənzillərin |
Mənzillərin |
Mənzillərin daxili |
Mənzillərin xarici |
Baş podratçı / ünvanı |
Tikinti-quraşdırma və təmir |
1 |
7076,02 |
7 |
18 |
1 |
39 |
37.8 - 39.2 |
47.7 - 49.96 |
“HN Construction” MMC (binanın 1-ci və 3-cü
seksiyaları) / Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi
şossesi, ev 185, mənzil 14 “Perlit” MMC (binanın 4-cü və 5-ci
seksiyaları) / Gəncə şəhəri, Azərbaycan Dövlət Aqrar
Universitetinin yataqxanası, ev 6 |
29 dekabr 2019-cu il |
2 |
142 |
49.9 - 63.1 |
61.54 - 78.56 |
||||||
3 |
68 |
67.2 - 73.3 |
84.39 - 88.15 |
Satış şərtləri və qiymətlər:
Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən
istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə
nəzərdə tutulub.
Qeyd: “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət
Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi
Qaydası”nın 5.6-cı bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin
razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs
seçə bilər.
1 otaqlı mənzillərin qiyməti – 32 130 manatdan,
2 otaqlı mənzillərin qiyməti – 42 415 manatdan,
3 otaqlı mənzillərin qiyməti – 57 120 manatdan
başlayır.
Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.
Vətəndaş mənzili
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka
krediti vəsaiti hesabına aldıqda:
İllik faiz dərəcəsi |
Müddət |
Minimal ilkin ödəniş |
Aylıq ödəniş* |
||
1 otaqlı |
2 otaqlı |
3 otaqlı |
|||
4% |
3-30 il |
10% |
138-143 manat |
182-230 manat |
245-268 manat |
* Aylıq ödəniş – mənzil 10% ilkin ödəniş edilərək, 4%
dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda. |
DİQQƏT! Mənzilə
güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin
ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti
hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10% endirim əldə edəcək.
Mənzilə öz vəsaiti
hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin
satışı aşağıdakı qiymətlərdən başlayır:
Otaqların sayı |
Mənzilin qiyməti (manat) |
Əlavə endirim məbləği (manat) |
Əlavə endirimdən sonra mənzilin satış qiyməti (manat) |
1 |
32 130 |
3 213 |
28 917 |
2 |
42 415 |
4 241 |
38 174 |
3 |
57 120 |
5 712 |
51 408 |
Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.
Hövsan Yaşayış Kompleksinin www.hovsan.mida.gov.az internet səhifəsinə daxil olaraq satışa çıxarılan hər bir
mənzilin (və otaqlarının) dəqiq ölçüsü, qiyməti, tətbiq edilən güzəştlər və
əlavə endirimlər, agent banklar haqqında məlumatla tanış olmaq, habelə ipoteka və
güzəştli mənzil kalkulyatorları vasitəsilə müvafiq hesablamalar aparmaq
mümkündür.
Qeyd: Güzəştlə mənzil əldə etmək hüququ olan
şəxslər, mənzili güzəştlə əldə etmək üçün ərizənin təqdim olunması qaydası,
gözləmə qaydasında mənzillərin seçimi və mənzillərin satış şərtləri, agent
banklar barədə ətraflı məlumatla www.mida.gov.az və www.mida.az internet
səhifələrində və ya müvafiq “ASAN xidmət” mərkəzlərinə (1, 3, 5 saylı, Sumqayıt
və Gəncə), habelə “108” çağrı mərkəzinə müraciət edərək tanış ola bilərlər.