05.05.2020

İKZF-nin ipoteka istiqrazlarının 100 mln. manatlıq emissiyasının növbəti tranşı yerləşdiriləcək

8 may 2020-ci il tarixində BFB-də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 25,000,000 manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. İstiqrazlar 1005.2500 manat qiyməti ilə satışa çıxarılacaqdır.

Mərkəzi Bank tərəfindən “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu”nun adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti 07 fevral 2020-ci il tarixində qeydə alınmışdır. Emissiyanın ümumi həcmi 100,000,000 AZN təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir. Baza emissiya prospekti üzrə istiqrazların ilk buraxılışı cari ilin 06 mart tarixində yerləşdirilib.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.