05.05.2020

İpoteka və Kredit Zəmanət Fondu elan edir

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı ölkə ərazisində xususi karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna internet xidmətlərinin satın alınması ilə bağlı Açıq tenderin müddətlərində dəyişikliklər edilmişdir:

Satınalma üzrə ilkin sənədlərin təqdim edilmə tarixi 05 iyun 2020-ci il saat 10.00-dək, təklif zərfləri və təklifin təminatı 16 iyun 2020-ci il saat 18.00-dək dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada qəbul ediləcəkdir. Təklif zərfləri 17 iyun 2020-ci il saat 10.00-da dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada açılacaqdır.

Təklifin qüvvədə olma müddəti 06 avqust 2020-ci il, təklifin təminatının qüvvədə olma müddəti 22 sentyabr 2020-ci il tarixinədək müəyyən edilmişdir.

Satınalma ilə bağlı əlavə məlumat almaq üçün 441-24-23 (133) nömrəli telefona zəng etmək olar.

Satınalmalar komissiyası