29.05.2009

AİF-in təmin edilmiş istiqrazlarının emissiyası dövlət qeydiyyatına alınmışdır

29 may 2009-cu il tarixdə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun Təmin edilmiş istiqrazlarının emissiya prospekti qeydiyyata alınmışdır.

Emissiyanın əsas parametrləri aşağıdakılardır:

  1. Dövlət qeydiyyat nömrəsi - AZ200100868
  2. Qiymətli kağızın növü - təmin edilmiş istiqraz, faizli;
  3. Qiymətli kağızın forması - sənədləşdirilməmiş, adlı;   
  4. Buraxılışın həcmi - 55 000 000 (əlli beş milyon) manat;
  5. İstiqrazların sayı - 55 000 (əlli beş min) ədəd;
  6. Bir istiqrazın nominal dəyəri - 1 000 ( bir min) manat;
  7. Tədavül müddəti - Buraxılışda olan ilk istiqrazın yerləşdirilmə tarixindən etibarən 7 il;
  8. İstiqrazlar üzrə illik faiz dərəcəsi - 3 (üç) %.