Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (Fond) dövlət
başçısının 19 mart 2020-ci il tarixli "Azərbaycan Respublikasında əhalinin
sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin
gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanına əsasən yaradılmış
Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ayrılmasına dair qərar qəbul
edib.
Fond koronavirusla mübarizədə dövlətimiz və xalqımızla həmrəylik
nümayiş etdirərək əmək haqqı fondundan 300 min manat vəsaiti Koronavirusla
Mübarizəyə Dəstək Fonduna köçürəcək.
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.