İpoteka
və Kredit Zəmanət Fonduna internet xidmətlərinin satın alınması ilə bağlı açıq
tenderin müddətlərində dəyişikliklər edilib.
"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununun 30.2-ci maddəsinə uyğun olaraq Satınalmalar komissiyası tərəfindən açıq tenderin müddəti uzadılıb.
Satınalma üzrə ilkin sənədlərin təqdim edilmə tarixi 08 aprel 2020-ci il saat 10.00-dək, təklif zərfləri və təklifin təminatı 16 aprel 2020-ci il saat 18.00-dək dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada qəbul ediləcək. Təklif zərfləri 17 aprel 2020-ci il saat 10.00-da dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada açılacaq.
Təklifin qüvvədə olma müddəti 10 iyun 2020-ci il, təklifin təminatının qüvvədə olma müddəti 23 iyul 2020-ci il tarixinədək müəyyən edilib.
Satınalma ilə bağlı əlavə məlumat almaq üçün 441-24-23 (133) nömrəli telefona zəng etmək olar.
Satınalmalar komissiyası
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.