16 mart 2020-ci il tarixində Azərbaycanda ilk dəfə olaraq yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizmi çərçivəsində kirayə müqavilələri rəsmiləşdirilib. Belə ki, İpoteka və Kredit Zəmanət Fondunun razılıq qərarını alaraq mənzil seçimi etmiş ilk 6 vətəndaşla kirayə mənzil müqaviləsi imzalanıb və hazırda mənzillərin onlara təhvil verilməsinə başlanılıb. Əlavə olaraq 23 vətəndaş da müqavilənin rəsmiləşdirmə tarixini seçib.
Vətəndaşların nəzərinə çatdırırıq ki, “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti 19 mart 2020-ci il tarixinədək məhdudlaşdırıldığından, Fond tərəfindən vətəndaşların sənədlərinin qəbulu da müvəqqəti dayandırılıb. Sənəd qəbulunun davam etdirilməsi ilə bağlı vətəndaşlara əlavə məlumat veriləcək.
Bugünədək elektron sistemdən istifadə edərək kirayə
mənzil xidmətinə müraciət edənlərin sayı aşağıdakı kimidir:
EİKZS-də
elektron kabinet yaradanlar |
8374 |
Müraciət
formalaşdıranlar |
7523 |
Müraciət
göndərənlər |
5893 |
Sənəd
təqdim edənlər |
298 |
Razılıq
qərarı alanlar |
222 |
Razılıq
verilməsindən imtina olunanlar |
3 |
Mənzil
seçimi edənlər |
72
|
Rəsmiləşdirilmiş
müqavilələr |
6 |
Rəsmiləşdirilmə
günü təyin olunanlar |
23 |
Qeyd edək ki, kirayəçilərə dair tələblər, müraciətlərin
qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi
barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.az), habelə
“1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı
məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olmaqla əldə etmək
mümkündür.
Eyni
zamanda, vətəndaşlar Fond tərəfindən ilkin mərhələdə satmaq öhdəliyi ilə
kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı,
sahəsi və digər məlumatlarla bu
keçid vasitəsilə
tanış ola bilərlər.