İpoteka
və Kredit Zəmanət Fondu dəftərxana mallarının satın alınması ilə
bağlı açıq tender elan edir.
Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər
aşağıdakı sənədlərin skan surətlərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etməlidir:
a.
Satınalmada iştirak etmək üçün ərizə;
b.
İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
c.
Təklif;
d.
Təklifin qiymətinin 1 faizi həcmində təminat (bank qarantiyası);
e. İddiaçının
hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə,
dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, VÖEN) surətləri;
f. Tender təklifini və satınalma müqaviləsini imzalamaq
səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənədin (vəzifəyə təyin
edilməsi barədə əmr) iddiaçı tərəfindən möhürlə təsdiq edilmiş surəti;
g.
İddiaçının fəaliyyətinin
axırıncı ili üzrə maliyyə vəziyyəti haqqında bank arayışı və bank rekvizitləri;
h.
Azərbaycan Respublikasında
vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş
öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış;
i. İddiaçının
iş təcrübəsini təsdiq edən sənədlərin surətləri;
j. İddiaçının mikro, kiçik, orta və ya iri
sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar
göstəricilərini əks etdirən məlumatlar (2 nömrəli Əlavə);
k. İddiaçıya dair tələblər ilə bağlı aidiyyəti istiqamətləri əhatə edən məktub.
Satınalma müqaviləsi “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsini”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 34 nömrəli qərarına uyğun imzalanacaq. Ödəniş AZN-lə həyata keçiriləcək. Satınalma müqaviləsi imzalandığı tarixdən başlayaraq 3 (üç) ay müddətində icra edilməli və mallar Fonda təhvil verilməlidir.
Tenderdə
iştirak haqqı 100 manat məbləğində
müəyyən edilib. İştirak haqqı heç bir halda
geri qaytarılmır.
Azərbaycan
Respublikasının İpoteka və Kredit Zəmanət Fondu
Ünvan: AZ1014, Bakı şəhəri,
Nəsimi rayonu, Bül-bül prospekti 40
VÖEN: 1403502281
H/h:
AZ57NABZ01360450000000005944
Bank:
Azərbaycan Respublikası Mərkəzi Bankı
VÖEN: 9900071001
Kоd: 501004
M/h:
AZ74NABZ01451700000000001944
S.W.I.F.T bik: NABZAZ2C
Açıq tender 24 fevral 2020-cu il 15:00-da dövlət satınalmalarının vahid internet protalı vasitəsilə başlayıb.Tender üzrə ilkin sənədlər 19 mart 2020-ci il 10:00-dək, təklif zərfləri və təklifin təminatı isə 03 aprel 2020-ci il 18:00-dək qəbul ediləcək. Tender üzrə prosedurlar 06 aprel 2020-ci il tarixində saat 10:00-da təklif zərflərinin açılması ilə başlanılacaq. Tenderdə göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər və təkliflər qəbul olunmayacaq.
Tender təklifi üzrə qiymət zərfi 60 bal və texniki zərf isə 40 bal ( mallar üzrə şərtlər- 20, malların keyfiyyəti-20) olaraq qiymətləndiriləcək. Təklifin qüvvədə olma müddəti 21 may 2020-ci il tarixinədək, tender təklifinin təminatının qüvvədə olma müddəti isə 13 iyul 2020-ci il tarixinədək olmalıdır.
Açıq tender üzrə ən az 3 iddiaçı iştirak etməlidir. Məxfi məlumatlarla əlaqədar satınalmalar zamanı belə məlumatların qorunması üçün Fond tərəfindən tədbirlər görülür. Fond və ya onun adından iddiaçıya, həmçinin iddiaçı tərəfindən Fonda məlumatların ötürülməsi, eləcədə, tender təklifləri, tenderin qiymətləndirilməsi və bütün prosedurlar yalnız dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron imza və ya Asan imza sahibləri tərəfindən həyata keçirilir. Bütün yazışmalar və sənədlər Azərbaycan dilində tərtib olunmalıdır.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcək. Qanun və digər aidiyyəti normativ hüquqi aktlar ilə Portalın qanunvericilik hissəsində (https://etender.gov.az/laws) tanış ola bilər və iddiaçılar bu tenderə dair izahatları Portalın sual-cavab hissəsi vasitəsilə Fonda müraciət edərək ala bilərlər.
Fondun bu tenderin keçirilməsi zamanı qanunvericiliklə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü bəyan edən malgöndərənin qanunvericilikdə nəzərdə tutulmuş qaydada və prosedurlara uyğun şikayət vermək hüququ var. Tenderin qalibinə tender təklifi aksept edildikdən sonra bildiriş göndərilir və dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada satınalma müqaviləsi bağlanılır.
Əlavə məlumat almaq üçün əlaqələndirici şəxsin iş telefonu və faks nömrəsi: Satınalmalar Komissiyasının katibi Nuray Rəşidli (+99412) 441-24-23 (daxili 203), Faks: (+99412) 598-11-77.
Qeyd: "Dövlət satınalmaları haqqında" Qanunun 50-1.1-ci maddəsinə əsasən müvafiq açıq tender üsulu tətbiq edilməklə elektron satınalma yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə keçirilir.
Satınalmalar Komissiyası