İpoteka və
Kredit Zəmanət Fondu üçün qiymətli kağızlar ilə aparılan əməliyyatlarla bağlı
müştəri sifarişlərinin qəbul və icra edilməsi üzrə xidmətlərin satın alınması
ilə bağlı açıq tender başa çatıb.
Tender üzrə qalib “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC ilə 29 yanvar 2020-ci il tarixli IX0328 nömrəli satınalma müqaviləsi bağlanıb.
Satınalmalar Komissiyası
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.