İpoteka və Kredit Zəmanət Fonduna məxsus daşınmaz əmlakların sığortalanması üzrə xidmətlərin satın alınması ilə bağlı açıq tender başa çatıb.
Tenderin 1-ci Lot (Daşınmaz əmlakların icbari və könüllü sığortalanması) üzrə qalibi "Paşa Sığorta" ASC ilə 24 yanvar 2020-ci il tarixli 01 nömrəli satınalma müqaviləsi; 2-ci Lot (Daşınmaz əmlakların istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası) üzrə qalibi "Atəşgah" Sığorta Şirkəti ASC ilə 24 yanvar 2020-ci il tarixli M-A-2020-0006 nömrəli satınalma müqaviləsi bağlanıb.
Satınalmalar Komissiyası
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.