Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8
ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 22 saylı binası üzrə 1 mənzil,
23 saylı binası üzrə 54 mənzil, 24 saylı binası üzrə 58 mənzil, 25 saylı binası
üzrə 60 mənzil, 26 saylı binası üzrə 15 mənzil və 27 saylı binası üzrə 60 mənzilin,
ümumilikdə 248 mənzilin satışı 25 dekabr 2019-cu il tarixində saat 11:00-da
başlayacaq və 30 dekabr 2019-cu il tarixi saat 11:00-dək davam edəcək.
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr
2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət
Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət”
portalında (www.e-gov.az)
yaradılmış “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata
keçirilir.
Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə
sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib
olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı
olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir. Həmin şəxslər elektron
kabinetlərində “Satış/Mənzillər” bölməsinə daxil olaraq “erkən gələnə erkən
xidmət” prinsipi (satış başladığı anda sistemə daxil olaraq mənzili ilk seçən şəxslər
onu almaq imkanı əldə edir) əsasında mənzilləri seçə biləcəklər. “Güzəştli Mənzil”
sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və
video formatlı təlimatlarla www.mida.gov.az
və www.mida.az
internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.
Satışa çıxarılan mənzillər barədə
ümumi məlumat:
Satışa 248 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli,
mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və
elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.
Bütün binalar Azərbaycan Respublikasının Dövlət
Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla
bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə
Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin
17.03.2017-ci il tarixli 23364 nömrəli müsbət rəyi mövcuddur.
Mənzillərə dair Azərbaycan Respublikası Əmlak Məsələləri
Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər
ərazi idarəsi tərəfindən mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatı barədə
arayışlar verilib.
Bina
№ |
Binanın
yerləşdiyi torpaq sahəsi (m²) |
Binada
mərtəbə sayı |
Binaya
giriş sayı |
Mənzillərin
otaqlarının sayı |
Mənzillərin
sayı |
Mənzillərin
daxili perimetr üzrə sahəsi (m²) |
Mənzillərin
xarici perimetr üzrə sahəsi (m²) |
Baş
podratçı / ünvanı |
Tikinti-quraşdırma
və təmir işlərinin başaçatma tarixi |
22 |
441,56 |
12 |
1 |
1 |
1 |
31,50 |
40,12 |
“MƏK-AN”
MMM / Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 26N. |
22
dekabr 2018-ci il |
23 |
441,56 |
12 |
1 |
1 |
6 |
31,50-33,01 |
40,12 |
“Merkuri-İnşaat”
MMC (“Conco” MMC ilə konsorsium) / Bakı şəhəri, Xətai rayonu, Babək
prospekti, ev 64,mənzil 143 |
11 dekabr
2018-ci il |
2 |
24 |
56,85-57,87 |
70,44 |
||||||
3 |
24 |
69,80-70,46 |
84,47 |
||||||
24 |
645,25 |
9 |
2 |
1 |
9 |
33,10-33,37 |
40,52 |
||
2 |
46 |
50,18-55,02 |
60,10-66,91 |
||||||
3 |
3 |
69,08-69,68 |
84,47 |
||||||
25 |
441,56 |
12 |
1 |
1 |
12 |
31,50-33,01 |
40,12 |
“HN
Constrution” MMC (“Xumar-98” MMC ilə konsorsium) / Bakı şəhəri, Binəqədi
rayonu, Binəqədi şossesi, ev 185, mənzil 14 |
1
mart 2019-cu il |
2 |
24 |
56,85-57,87 |
70,44 |
||||||
3 |
24 |
69,80-70,46 |
84,47 |
||||||
26 |
645,25 |
9 |
2 |
1 |
2 |
33,10 |
40,52 |
“HN
Constrution” MMC / Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 185,
mənzil 14 |
18
iyun 2019-cu il |
2 |
13 |
50,12-55,02 |
60,10-66,91 |
||||||
27 |
441,56 |
12 |
1 |
1 |
12 |
31,50-33,01 |
40,12 |
"Kat
Holding" MMC / Xətai rayonu, İzzət Orucova küçəsi, 1 |
30
dekabr 2018 |
2 |
24 |
56,85-57,87 |
70,44 |
||||||
3 |
24 |
69,80-70,46 |
84,47 |
Satış şərtləri və qiymətlər:
Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən
istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə
nəzərdə tutulub.
Qeyd: “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət
Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi
Qaydası”nın 5.6-cı bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin
razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs
seçə bilər.
Azərbaycan Respublikası Prezidentinin 16.11.2016-cı il tarixli 1113 nömrəli
Fərmanı ilə təsdiq edilmiş Qaydanın 1.2.10-cu yarımbəndi və 3.2-ci bəndinə əsasən
vətəndaşlara güzəştli şərtlərlə təklif olunan mənzillərin satış qiyməti Azərbaycan
Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş orta
bazar qiymətindən aşağı müəyyən olunub.
1 otaqlı mənzillərin qiyməti – 29 925 manatdan,
2 otaqlı mənzillərin qiyməti – 47 614 manatdan,
3 otaqlı mənzillərin qiyməti – 65 626 manatdan başlayır.
Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.
Vətəndaş mənzili
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka
krediti vəsaiti hesabına aldıqda:
İllik faiz dərəcəsi |
Müddət |
Minimal ilkin ödəniş |
Aylıq ödəniş* |
||
1 otaqlı |
2 otaqlı |
3 otaqlı |
|||
4% |
3-30 il |
10% |
129-136 manat |
205-236 manat |
282-288 manat |
* Aylıq ödəniş – mənzil 10% ilkin ödəniş edilərək, 4%
dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda. |
DİQQƏT! Mənzilə
güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin
ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti
hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10% endirim əldə edəcək.
Mənzilə öz vəsaiti
hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin
satışı aşağıdakı qiymətlərdən başlayır:
Otaqların sayı |
Mənzilin qiyməti (manat) |
Əlavə endirim məbləği (manat) |
Əlavə endirimdən sonra mənzilin satış qiyməti (manat) |
1 |
29 925 |
2 992 |
26 933 |
2 |
47 614 |
4 761 |
42 853 |
3 |
65 626 |
6 563 |
59 063 |
Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.
Yasamal Yaşayış
Kompleksinin www.yasamal.mida.az internet
səhifəsinə daxil olaraq satışa çıxarılan hər bir mənzilin (və otaqlarının)
dəqiq ölçüsü, qiyməti, tətbiq edilən güzəştlər və əlavə endirimlər, agent banklar haqqında
məlumatla tanış olmaq, habelə ipoteka və güzəştli mənzil kalkulyatorları
vasitəsilə müvafiq hesablamalar aparmaq mümkündür.
Qeyd: Güzəştlə mənzil əldə etmək hüququ olan
şəxslər, mənzili güzəştlə əldə etmək üçün ərizənin təqdim olunması qaydası,
gözləmə qaydasında mənzillərin seçimi və mənzillərin satış şərtləri, agent
banklar barədə ətraflı məlumatla www.mida.gov.az və www.mida.az internet
səhifələrində və ya müvafiq “ASAN xidmət” mərkəzlərinə (1, 3, 5 saylı və
Sumqayıt), habelə “108” çağrı mərkəzinə müraciət edərək tanış ola bilərlər.