28 noyabr 2019-cu
il tarixində BFB-də İpoteka və Kredit Zəmanət Fondunun 20 000 000 manat həcmində adlı,
sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac
keçiriləcək. İstiqrazlar 1 010,7499 manat qiyməti ilə satışa çıxarılacaq.
Maliyyə
Bazarlarına Nəzarət Palatası tərəfindən “Azərbaycan Respublikası İpoteka
və Kredit Zəmanət Fondu”nun adlı, sənədsiz, faizli ipoteka
istiqrazlarının baza emissiya prospekti 25 iyun 2019-cu il tarixində
qeydə alınıb. Emissiyanın ümumi həcmi 110 000 000 AZN, bir istiqrazın nominal
dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.
Baza
emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond
Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli
Depozit Mərkəzi tərəfindən göstəriləcək.
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.