İpoteka və Kredit Zəmanət Fondu daşınmaz əmlakların sığortalanması üzrə xidmətlərin satın alınması ilə bağlı açıq tender elan edir.
Tender üzrə
prosedurlar 10 dekabr 2019-cu il tarixində
saat 15.00-da Fondun inzibati binasında təklif zərflərinin açılması ilə
başlanılacaq.
Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər
aşağıdakı sənədləri təqdim etməlidir:
a.
Satınalmada iştirak etmək üçün ərizə;
b.
İştirak haqqının ödənilməsini təsdiq edən bank
sənədi;
c.
Təklif;
d.
Təklifin qiymətinin 1 faizi həcmində təminat (bank qarantiyası);
e. iddiaçının
hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə,
dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, lisenziya, VÖEN)
notariat qaydasında təsdiq edilmiş
surətləri;
f.
İddiaçının iş təcrübəsini təsdiq edən sənədlərin
surətləri;
g.
Təklifi və satınalma müqaviləsini imzalamaq
səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənədin (vəzifəyə
təyin edilməsi barədə əmr) iddiaçı tərəfindən möhürlə təsdiq edilmiş surəti;
h.
İddiaçının əmlak
sığortası üzrə korporativ müştəriləri haqqında məlumat;
i.
Yığılmış sığorta haqları,
həyata keçirilmiş və imtina edilmiş sığorta ödənişləri və sığorta olunanların
iddiaları üzrə məhkəmə mübahisələri haqqında məlumat;
j.
İddiaçının fəaliyyətinin axırıncı ili üzrə maliyyə
vəziyyəti haqqında bank arayışı və bank rekvizitləri;
k.
Azərbaycan Respublikasında vergilərə və digər
icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması
haqqında müvafıq vergi orqanından arayış;
l.
İddiaçının təkrar sığorta siyasəti barədə ətraflı
məlumat;
m.
Təkrarsığorta xarici
təkrarsığorta şirkəti tərəfindən həyata keçirildikdə xarici təkrarsığorta
şirkətinin Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq reyestrinə daxil
edilməsi barədə məlumat (təkrarsığorta xarici sığorta brokeri vasitəsilə həyata
keçirildikdə də təqdim edilməlidir);
n. Son
1 il üzrə maliyyə hesabatları barədə kənar auditorun rəyi.
Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər
aşağıdakı tələblərə cavab verməlidir:
-
öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə
etmək imkanı, habelə ödəmə qabiliyyətli olması;
-
müflis elan olunmaması, əmlakı üzərinə həbs
qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə
kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;
-
satınalma prosedurlarının başlanmasından əvvəlki 5
il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar
fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas
göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum
olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə
qaydasında qadağan edilməməsi.
Tenderin Əsas
şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli xidmətlər
üzrə təkliflərin xeyrinə xaricdən idxal olunan eyni xidmətlərin təklif edilən
qiymətinin 20 faizi həcmində güzəştli
düzəliş tətbiq ediləcək.
Tender üzrə xidmətlərin göstərilmə müddəti:
Satınalma müqaviləsi imzalandığı tarixdən başlayaraq 12 (on iki) ay müddətində.
Açıq tenderin Əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunub.
Tenderdə iştirak haqqı 200 manat məbləğində
müəyyən edilib. İştirak haqqı Fondun aşağıdakı
hesabına ödənildikdən sonra açıq tenderin Əsas şərtlər toplusu malgöndərənlərə təqdim
ediləcək:
Azərbaycan
Respublikasının İpoteka və Kredit Zəmanət Fondu
Ünvan: AZ1014, Bakı şəhəri,
Nəsimi rayonu, Bül-bül prospekti 40
VÖEN: 1403502281
H/h:
AZ57NABZ01360450000000005944
Bank:
Azərbaycan Respublikası Mərkəzi Bankı
VÖEN:
9900071001
Kоd: 501004
M/h:
AZ74NABZ01451700000000001944
S.W.I.F.T bik:
NABZAZ2C
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tender üzrə
ilkin sənədlər 27 noyabr 2019-cu il
tarixinədək, təklif zərfləri və təklifin təminatı isə 09 dekabr 2019-cu il tarixinədək qəbul ediləcək.
Əlavə məlumat almaq üçün əlaqələndirici şəxsin iş telefonu və faks nömrəsi: (+99412) 441-24-23 (daxili 203), Faks: (+99412) 598-11-77.