24.10.2019

İKZF-NİN İPOTEKA İSTİQRAZLARININ 110 MLN. MANATLIQ EMİSSİYASININ NÖVBƏTI TRANŞI YERLƏŞDİRİLİB

24 oktyabr 2019-cu il tarixində BFB-də İpoteka və Kredit Zəmanət Fondunun 20 000 000 manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. İstiqrazlar 1 007,8333 manat qiyməti ilə satışa çıxarılıb və tam şəkildə yerləşdirilib.

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti 25 iyun 2019-cu il tarixində qeydə alınmışdır. Emissiyanın ümumi həcmi 110,000,000 AZN, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçirilib.