09.03.2006

Azərbaycan İpoteka Fondu jurnalistlər üçün seminar keçirmişdir.

Milli Bankda KİV nümayəndələri üçün “Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına ipoteka kreditlərinin verilməsi” mövzusunda seminar keçirilmdir.

Seminarda ipoteka kreditləri sisteminin tarixi inkişafı, AİF-in yaradılması, AİF-in əsas məqsəd və funksiyaları, maliyyə mənbələri hüquqi-normativ bazanın formalaşdırılması, mövcud vəziyyət barədə, eyni zamanda ipoteka bazarının iştirakçıları, kreditin alınma mərhələləri barədə danışılmış, konkret misallar üzərində ipoteka kreditləri sisteminin üstünlükləri və verilməsi mexanizmi barədə media nümayəndələrinə ətraflı məlumat verilmişdir.

Tədbirdə seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.