22.03.2006

Azərbaycan İpoteka Fondunun “İpoteka kreditlərinin əhalinin yaşayış sahəsinin yaxşılaşdırılmasında rolu” mövzusunda təqdimat mərasimi

Azərbaycan Respublikasının Milli Bankı nəzdində Azərbaycan İpoteka Fondunun “İpoteka kreditlərinin əhalinin yaşayış sahəsinin yaxşılaşdırılmasında rolu” mövzusunda təqdimat mərasiminə həsr olunmuş dəyirmi masa keçirilmişdir.

Dəyirmi masanı giriş  sözü ilə açan Milli Məclisin İqtsadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə Azərbaycanda  ipoteka kreditləşməsinin başlanılmasını əlamətdar hadisə kimi qeyd etmişdir. Azərbaycan İpoteka Fondunun İcraçı direktoru Faiq Məmmədov “ İpoteka kreditlərinin əhalinin yaşayış sahəsinin yaxşılaşdırılmasında rolu” mövzuda təqdimat keçirmişdir.

Müzakirələrdə  Azərbaycan  Respublikası Milli Bankının İdarə Heyətinin sədri

Elman Rüstəmov Azərbaycan  Milli Bankı tərəfindən ipoteka kreditləşməsi sisteminin yaradılması və inkişaf etdirilməsi   istiqamətində görülmüş işlər barədə ətraflı məlumat vermişdir. İqtsadi siyasət daimi komissiyasının iclasında Milli Məclisin deputatları, Gənclər və İdman naziri, İqtisadi İnkişaf, Ədliyyə, Maliyyə, Müdafiyə nazirliklərinin nümayyəndələri, eyni zamanda bir sıra  müvəkkil kredit təşkilatlarının  və akreditə olunmuş sığorta şirkətlərinin nümayyəndələri iştirak etmişdir.