06.04.2006

Azərbaycan Respublikası Milli Bankın və Müvəkkil Kredit Təşkilatlarının iştirakı ilə “İpoteka kreditləri – ilkin nəticələr, problemlər və perspektivlər” mövzusunda iclas.

07.04.06-ci il tarixdə Azərbaycan Respublikası Milli Bankın İdarə Həyətinin sədri Elman Rustəmovun rəhbərliyi ilə “İpoteka kreditləri – ilkin nəticələr, problemlər və perspektivlər” mövzusunda Müvəkkil Kredit Təşkilatlarının iştirakı ilə iclas keçirilmişdir.

İclasda Azərbaycanda ipoteka kreditlərinin verilməsinin ilk ayında əldə edilmiş  nəticələrdən  söhbət açılmış, maniyələr və görüləcək işlər barədə müzakirələr aparılmışdır. Müvəkkil Kredit Təşkilatlarının rəhbərlərinin bu sahədə hazırda apardıqları işlər barədə həsabatları və mövzu ətrafında  təklifləri  dinlənilmişdir.

Tədbirin  sonunda  iclas iştirakçıları  Azərbaycanda ipoteka kreditləşməsi sisteminin daha da təkmilləşdirilməsi, vətəndaşların məlumatlandırılması və əhaliyə yuksək səviyyədə  xidmət göstərmək istiqamətində  birgə səylərini artıracaqları qərarına gəldilər.