30.04.2006

Azərbaycan İpoteka Fondunun mart-aprel aylarının sonuna olan məlumatı

Azərbaycanda ipoteka kreditləşməsi sistemi artıq iki aydır ki fəaliyyət göstərir. Bu müddət ərzində vətəndaşlardan bilavasitə müvəkkil kredit təşkilatlarına onlarla müraciətlər daxil olmuşdur və nəticədə iki ayın sonuna 10 ipoteka krediti verilmişdir.

AIF-in tələblərinə cavab verən ipoteka  kreditləri aşağidakı banklar  tərəfindən verilmişdir:

  • “Bank Standart” QSC KB,
  • “Texnikabank” ASC,
  • “Xalq” Bankı ASC,
  • “Turanbank“ ASC,
  • “Nikoyl” İnvestisiya KB ASC,
  • “AzərDəmiryolbank” SB,
  • “Unibank” KB ASC.

İpoteka kreditlərinin orta məbləği 20000 manat, orta aylıq anuitet ödənişlərinin məbləği 230 manat, ipoteka  krediti hesabına alınmış yaşayış sahələrinin orta həcmi 50 kvadrat metr təşkil etmişdir.

Azərbaycan İpoteka Fondu yaxın zamanda MKT-lər tərəfindən təqdim olunacaq sənədlər əsasında ipoteka  kreditlərinin ardıcıllıqla yenidən maliyyələşdirilməsini nəzərdə tutulur.