22.07.2019

İpoteka və Kredit Zəmanət Fondu elan edir

İpoteka və Kredit Zəmanət Fondunun inzibati binasının təmiri işlərinin satın alınması ilə bağlı açıq tenderin müddətlərində dəyişikliklər edilib. 

"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununun 30.2-ci maddəsinə uyğun olaraq Satınalmalar komissiyası tərəfindən açıq tenderin müddəti uzadılılıb. 

Satınalma üzrə ilkin sənədlər 29 iyul 2019-cu il saat 18.00-dək, təklif zərfləri və təklifin təminatı 14 avqust 2019-cu il saat 18.00-dək dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul ediləcək və təklif zərfləri 15 avqust 2019-cu il saat 15.00-da açılacaq. 

Təklifin qüvvədə olma müddəti 30 sentyabr 2019-cu il, təklifin təminatının qüvvədə olma müddəti 12 noyabr 2019-cu il tarixinədək müəyyən edilib. 

Satınalma ilə bağlı əlavə məlumat almaq üçün 441-24-23 (111) nömrəli telefona zəng etmək olar.                      

Satınalmalar komissiyası