İpoteka və Kredit Zəmanət Fondu dəmir arxiv dolab üçün qovluqların satın alınması ilə
bağlı açıq tender elan edir.
·
Tender iştirakçılarına təklif edilir ki,
https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına
(Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı
məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları
lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək
istəyən təşkilatlar lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən
hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsi ilə təqdim
edə bilərlər.
·
İştirak haqqı:100 AZN
Bank rekvizitləri:
·
Hesab: AZ57NABZ01360450000000005944
·
VÖEN: 9900071001
·
Bank: Azərbaycan Respublikasının Mərkəzi Bankı
·
Kodu: 501004
·
M/H: AZ74NABZ01451700000000001944
·
S.W.İ.F.T: NABZAZ2C
İştirak haqqı heç bir halda geri
qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək
üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. İddiaçının rekvizitləri
2. Tenderdə iştirak haqqının
ödənilməsi barədə bank sənədi;
3. Tender təklifi (zərflərin
açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
4. Tender təklifi dəyərinin 1 % -i
həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü
qüvvədə olmalıdır);
5. Azərbaycan Respublikasında
vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş
öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
6. İddiaçının son bir ildəki
fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə
hesabatının surəti;
7. İddiaçının son bir ildəki maliyyə
vəziyyəti haqqında bank arayışı;
8. İddiaçının tam adı hüquqi
statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
9. İddiaçılar müvafiq mallar üzrə
mənşə və uyğunluq sertifikatları;
10. Tenderdə iştirak etmək üçün
ərizə;
11. İddiaçının hüquqi statusunu əks etdirən
sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən
çıxarış, VÖEN) notariat qaydasında təsdiq edilmiş surətləri, ƏDV qeydiyyatının
olub-olmamasını müəyyən etməyə imkan verən sənədlərin surətləri;
12. İddiaçının iş təcrübəsini təsdiq edən
sənədlərin surətləri;
13. Tender təklifini və satınalma
müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq
edən sənədin (vəzifəyə təyin edilməsi barədə əmr) iddiaçı tərəfindən möhürlə
təsdiq edilmiş surəti;
Sənədlər Azərbaycan dilində, tərtib olunmalıdır
(xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
İddiaçılar tenderlə bağlı sualları Portal vasitəsilə
Satınalan Təşkilata ünvanlaya bilərlər. Tender proseduru «Dövlət satınalmaları
haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcək. İddiaçılar
tenderdə iştirak etmək üçün ilkin
sənədləri 19.07.2019 18:00 tarixinə qədər və tender təklifi ilə bank
təminatı sənədlərini 01.08.2019 18:00 tarixinə qədər portal vasitəsilə təqdim
etməlidirlər. İddiaçıların təklifləri 02.08.2019 15:00 tarixində açılacaq.
İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə
tanış ola bilərlər.
QEYD: Tenderdə iştirak, tenderin
qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL
vasitəsilə aparılır.