İpoteka və Kredit Zəmanət Fondu inzibati binasının təmiri
işlərinin satın alınması ilə bağlı açıq tender elan edir.
Bank rekvizitləri:
İştirak haqqı heç bir halda geri
qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək
üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1.
İddiaçının rekvizitləri
2.
Tenderdə iştirak haqqının ödənilməsi barədə bank
sənədi;
3.
Tender təklifi (zərflərin açıldığı tarixdən sonra
ən azı 30 bank günü qüvvədə olmalıdır);
4.
Tender təklifi dəyərinin 1 % -i həcmində bank
təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə
olmalıdır);
5.
Azərbaycan Respublikasında vergilərə və digər
icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması
haqqında müvafiq vergi orqandan arayış;
6.
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi
orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
7.
İddiaçının son bir ildəki maliyyə vəziyyəti
haqqında bank arayışı;
8.
İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi
qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
9.
İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq
sertifikatları;
10.
Tenderdə iştirak etmək üçün ərizə;
11.
İddiaçının hüquqi statusunu əks etdirən sənədlərin
(nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış,
VÖEN) notariat qaydasında təsdiq edilmiş surətləri, ƏDV qeydiyyatının
olub-olmamasını müəyyən etməyə imkan verən sənədlərin surətləri;
12.
İddiaçının
iş təcrübəsini təsdiq edən sənədlərin surətləri;
13.
Tender
təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin
səlahiyyətlərini təsdiq edən sənədin (vəzifəyə təyin edilməsi barədə əmr)
iddiaçı tərəfindən möhürlə təsdiq edilmiş surəti;
Sənədlər Azərbaycan dilində,
tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə
tərcümə olunmalıdır).
İddiaçılar tenderlə bağlı
sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. Tender
proseduru «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa
uyğun keçiriləcək. İddiaçılar tenderdə iştirak etmək üçün ilkin sənədləri
18.07.2019 18:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini
31.07.2019 18:00 tarixinə qədər portal vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların təklifləri
01.08.2019 15:00 tarixində açılacaq. İddiaçılar açılışın nəticələri ilə Portal
vasitəsi ilə tanış ola bilərlər.
QEYD:
Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız
elektron qaydada PORTAL vasitəsilə aparılır.