İpoteka və Kredit Zəmanət
Fondunun (Fond) inzibati binasında Yeni Azərbaycan Partiyasının (YAP) ərazi ilk
partiya təşkilatının yaradılması ilə bağlı tədbir keçirilib.
Tədbirdə Fondun İdarə
Heyətinin sədri Fəxri Kazımov, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət
İbrahimqızı, Fondun əməkdaşları və YAP nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən
Fondun İdarə Heyətinin sədri Fəxri Kazımov müstəqil Azərbaycanın qurulmasında
ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan söz açaraq ulu öndər tərəfindən
yaradılan Yeni Azərbaycan Partiyasının dövlətçilik tariximizdəki rolunu, o cümlədən
Prezident İlham Əliyev tərəfindən dövlətçilik strategiyasının uğurla davam
etdirildiyini vurğulayıb.
YAP Nəsimi rayon təşkilatının
sədri Məlahət İbrahimqızı ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqiliyinin
əldə edilməsi və dövlətçilik ənənələrinin qorunmasındakı xidmətlərindən
danışaraq ulu öndərin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının ölkənin
ictimai-siyasi həyatında aparıcı rol oynadığı qeyd edib.
Tədbirdə təşkilatı məsələlərə
baxılıb və sonda YAP-ın aiddiyatı ərazi ilk partiya təşkilatı yaradılaraq yeni
qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib.
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.