VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ!
İpoteka və Kredit Zəmanət Fondu elan edir ki, “Elektron ipoteka və kredit zəmanət” sisteminin yenilənməsi ilə əlaqədar olaraq 15.06.2019 - 19.06.2019-cu il tarix aralıqlarında sistem üzrə butün əməliyyatlar, o cümlədən ipoteka kreditləri üzrə müraciətlərin qəbulu, habelə kreditlər üzrə ödənişlərin qəbulu müvəqqəti məhdudlaşdırılacaq.
Xahiş
edirik nəzərə alasınız.
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.