15.06.2006

Regionlarda ilk ipoteka kreditləri verilmişdir.

Ödəməqabiliyyətli Azərbaycan Respublikasının vətəndaşlarının yaşayış sahələrin alınmasının maliyyələşdirilməsi sistemi tətbiq edilərək, ipoteka kreditlərinin verilməsi beynəlxalq standartlara cavab verən yüksək keyfiyətli və qetdikcə geniş əhatəli maliyyə xidmətinə çevrilmişdir.

Belə ki, mart ayının 1-də Azərbaycanda start götürmüş ipoteka  kreditləşməsi sistemi genişlənərək nəticədə artıq Azərbaycanın regionlarında Bank “Respublika” və “Texnikabank” tərəfindən ilk  ipoteka  kreditləri verilmişdir. Verilən ipoteka kreditləri üzrə aylıq ödəniş 142 və 300 manat təşkil etmişdir.

Bu müddət ərzində vətəndaşlardan bilavasitə müvəkkil kredit təşkilatlarına çoxsaylı müraciətlər daxil olmuşdur və nəticədə MKT–lər tərəfindən  ümumilikdə 30 ipoteka  krediti verilmişdir. MKT-lar tərəfindən verilən kreditlərin minimal faiz dərəcəsi 8%, orta faiz dərəcəsi isə 11% təşkil etmişdir. Alınan yaşayış sahəsinin ümumi qiyməti 1 milyon manat səviyəsinə çatmışdır.