03.06.2019

İpoteka və Kredit Zəmanət Fondu satınalma elan edir

İpoteka və Kredit Zəmanət Fondu investisiya xidmətlərinin satın alınması üzrə xidmət təkliflərinin cəlb olunmasını elan edir. 

Satınalma üzrə prosedurlar 05 iyul 2019-cu il tarixində saat 15.00-da Fondun inzibati binasında təklif zərflərinin açılması ilə başlanılacaq. 

Satınalmada iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı sənədləri təqdim etməlidir:

a.    Satınalmada iştirak etmək üçün ərizə;

b.    İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

c.    Təklif;

d.    Təklifin qiymətinin 1 faizi həcmində təminat (bank zəmanəti);

e.    İddiaçının hüquqi statusunu və iş təcrübəsini əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, investisiya şirkəti fəaliyyəti üçün lisenziya, VÖEN və s.) notariat qaydasında təsdiq edilmiş surətləri, ƏDV qeydiyyatının olub-olmamasını müəyyən etməyə imkan verən sənədlərin surətləri;

f.     Satınalma təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmr);

g.    İddiaçının fəaliyyətinin axırıncı ili üzrə maliyyə vəziyyəti haqqında bank arayışı və bank rekvizitləri;

h.    Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması barədə müvafiq icra hakimiyyəti orqanından arayışlar (AR Vergilər Nazirliyindən və Dövlət Sosial Müdafiə Fondundan arayışlar);

i.      İddiaçının müvafiq sahə üzrə peşəkarlığını və təcrübəsini, təşkilatı strukturunu, daxili nəzarət və risklərin idarə olunması sistemlərini eləcə də, texniki imkanlarını əks etdirən məlumatlar;

j.      İddiaçının son üç ildə apardığı əməliyyatlar barədə məlumat (göstərdiyi xidmətlər üzrə   əməliyyatların məbləği, aktivlərin növü, müştərilər haqqında ümumiləşdirilmiş məlumat və s.).

k.    İddiaçı təqdim edəcəyi xidmətlərin keyfiyyətini təsdiqləyən hər hansı digər məlumatları da təqdim edə bilər.


Satınalmada iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı tələblərə cavab verməlidir:

-   öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;

-   müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;

-   satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi. 

Xidmət təklifləri sorğusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli xidmətlər üzrə xidmət təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni xidmətlərin təklif edilən qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq ediləcək. 

Satınalmanın icra müddəti: Satınalma müqaviləsinin icra müddəti 1 (bir) il müəyyən edilir.

Xidmət təklifləri sorğusu Azərbaycan dilində tərtib olunub.

Satınalmada iştirak haqqı 150 (yüz əlli) manat məbləğində müəyyən edilib. İştirak haqqı Fondun aşağıdakı hesabına ödənildikdən sonra Xidmət təklifləri sorğusu malgöndərənlərə təqdim ediləcək: 

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu

Ünvan: AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 40

VÖEN: 1403502281

H/h: AZ57NABZ01360450000000005944

Bank: Azərbaycan Respublikası Mərkəzi Bankı

VÖEN: 9900071001

Kоd: 501004

M/h: AZ74NABZ01451700000000001944

S.W.I.F.T bik: NABZAZ2C

 

İştirak haqqı heç bir halda geri qaytarılmır. 

Satınalma üzrə ilkin sənədlər 20 iyun 2019-cu il tarixinədək, təklif zərfləri və təklifin təminatı isə 04 iyul 2019-cu il tarixinədək qəbul ediləcək. 

Əlavə məlumat almaq üçün əlaqələndirici şəxsin iş telefonu və faks nömrəsi: (+99412) 441-24-23 (daxili 126), Faks: (+99412) 598-11-77. 

Satınalmalar komissiyası