28.08.2018
İpoteka və Kredit Zəmanət Fondu açıq tender elan edir
İpoteka və Kredit Zəmanət Fondu "Elektron ipoteka
və kredit zəmanət" sistemində yeni funksionallıqların yaradılması
üzrə xidmətlərin satın alınması ilə bağlı açıq tender elan edir.
Tender üzrə prosedurlar 26 sentyabr 2018-ci il
tarixində saat 15.00-da Fondun inzibati binasında təklif zərflərinin
açılması ilə başlanılacaq.
Tenderdə iddiaçı kimi iştirak etmək istəyən
malgöndərənlər aşağıdakı sənədləri təqdim etməlidir:
- tenderdə iştirak etmək üçün ərizə;
- iştirak haqqının ödənilməsini təsdiq edən bank
sənədi;
- təklif;
- təklifin qiymətinin 1 faizi həcmində təminat (bank
qarantiyası);
- iddiaçının hüquqi statusunu əks
etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə
və ya reyestrdən çıxarış, VÖEN, ƏDV qeydiyyatının olub-olmamasını müəyyən
etməyə imkan verən sənəd və s.) notariat qaydasında təsdiq
edilmiş surətləri;
- iddiaçının iş təcrübəsini
təsdiq edən sənədlərin surətləri;
- tender təklifini və satınalma müqaviləsini
imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən
sənədin (vəzifəyə təyin edilməsi barədə əmr) iddiaçı tərəfindən möhürlə
təsdiq edilmiş surəti;
- iddiaçının fəaliyyətinin
axırıncı ili üzrə maliyyə vəziyyəti haqqında bank arayışı və bank
rekvizitləri;
- Azərbaycan Respublikasında
vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş
öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış (Vergilər
Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu tərəfindən arayışlar);
- iddiaçının anoloji işlərdə təcrübəsi, maliyyə,
potensial texniki və kadr imkanlarına dair:
- Son 3 ildə iddiaçının orta
illik dövriyyəsinin 500 000 (beş yüz min) manatdan az olmamasını təsdiq
edən sənəd;
- oxşar layihələr üzrə iş təcrübəsini təsdiq etmək
üçün belə layihələrin həyata keçirildiyi ən azı 3 (üç) müəssisə və təşkilatdan
tövsiyə məktubu;
- İddiaçının layihənin icrasına
cəlb olunacaq işçilərinin tərcümeyi halları və kvalifikasiyalarını təsdiq
edən sənədlər;
- əsas şərtlər toplusuna 1 №-li Əlavədə qeyd olunan
digər sənəd və məlumatlar.
- əsas şərtlər toplusunda qeyd olunan digər sənəd və
məlumatlar.
- iddiaçı təqdim edəcəyi xidmətlərin keyfiyyətini
təsdiqləyən hər hansı digər məlumatları da təqdim edə bilər.
Tenderdə iddiaçı kimi
iştirak etmək istəyən malgöndərənlər aşağıdakı tələblərə cavab verməlidir:
- öz əmlakından sərbəst və
məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;
- müflis elan olunmaması, əmlakı
üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin
qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;
- tender prosedurlarının
başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə
edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma
müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri
ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə
fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.
Əsas şərtlər toplusunda
müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli xidmətlər üzrə xidmət
təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni xidmətlərin təklif edilən
qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq ediləcək.
İcra müddəti: Satınalma
müqaviləsi imzalandığı tarixdən başlayaraq 12 (on iki) ay müddətində başa
çatdırılmalı və Fonda təqdim edilməlidir.
Tenderin Əsas şərtlər toplusu Azərbaycan dilində
tərtib olunub.
Açıq tenderdə iştirak haqqı 250 manat məbləğində
müəyyən edilib. İştirak haqqı Fondun aşağıdakı hesabına ödənildikdən sonra
tenderin əsas şərtlər
toplusu malgöndərənlərə təqdim ediləcək:
Azərbaycan
Respublikasının İpoteka və Kredit Zəmanət Fondu
Ünvan: AZ1014, Bakı
şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 40
VÖEN: 1403502281
H/h:
AZ57NABZ01360450000000005944
Bank: Azərbaycan
Respublikası Mərkəzi Bankı
VÖEN: 9900071001
Kоd: 501004
M/h:
AZ74NABZ01451700000000001944
S.W.I.F.T bik: NABZAZ2C
İştirak haqqı heç bir
halda geri qaytarılmır.
Tender üzrə ilkin
sənədlər 14 sentyabr 2018-ci il tarixinədək, təklif zərfləri
və təklifin təminatı isə 25 sentyabr 2018-ci il tarixinədək
qəbul ediləcək.
Əlavə məlumat almaq üçün
əlaqələndirici şəxsin iş telefonu və faks nömrəsi: (+99412) 441-24-23 (daxili
133), Faks: (+99412) 598-11-77.
___________________________
Açıq tender komissiyası