İpoteka və Kredit Zəmanət Fonduna yeni ATS-in
qurulması ilə bağlı müvafiq avadanlığın alınması və qurulmasına dair təkliflər
sorğusu üzrə müddətlərdə dəyişikliklər edilib.
"Dövlət
satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununun 30.2-ci
maddəsinə uyğun olaraq Satınalmalar komissiyası tərəfindən Təkliflər sorğusunun
əsas şərtlər toplusunda dəyişikliklər edildiyindən satınalma
üzrə təklif zərfləri və təklifin təminatı 13 sentyabr 2018-ci il saat 18.00-dək
Fondun Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında
qəbul ediləcək.
Təklif zərfləri 14
sentyabr 2018-ci il saat 15.00-da Fondun inzibati binasında açılacaq.
Təklifin qüvvədə olma müddəti 29 oktyabr 2018-ci il, təklifin təminatının
qüvvədə olma müddəti 11 dekabr 2018-ci il tarixinədək müəyyən edilib.
Satınalma ilə bağlı əlavə məlumat almaq üçün 441-24-23 (111) nömrəli telefona zəng etmək olar.
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.