03.09.2018

İpoteka və Kredit Zəmanət Fondu bildiriş elan edir

İpoteka və Kredit Zəmanət Fondunun informasiya sistemlərinə dəstək xidmətlərinin göstərilməsi üzrə xidmətlərin satın alınmasına dair açıq tenderbağlı müddətlərdə dəyişikliklər edilib.

Tender üzrə ilkin sənədlər 21 sentyabr 2018-ci il saat 18.00-dək, təklif zərfləri və təklifin təminatı isə 2 oktyabr 2018-ci il saat 18.00-dək Fondun Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcək. Təklif zərfləri 3 oktyabr 2018-ci il saat 15.00-da Fondun inzibati binasında açılacaq.

Təklifin qüvvədə olma müddəti 16 noyabr 2018-ci il, təklifin təminatının qüvvədə olma müddəti 7 yanvar 2019-cu il tarixinədək müəyyən edilib.

Açıq tenderlə bağlı əlavə məlumat almaq üçün 441-24-23 (daxili 133) nömrəli telefona zəng etmək olar.

                                                                                                                                                             ___________________________                                                                                                                                                                                         Satınalmalar komissiyası