10.07.2006

Azərbaycan İpoteka Fondunun mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanlarının icrasını təmin etmək məqsədi ilə AMB nəzdində AİF tərəfindən ipoteka kreditləşməsi sisteminin genişləndirilməsi istiqamətində respublikanın bölgələrində bir sıra tədbirlər həyata keçirilməkdədir. 7 iyul 2006-cı tarixdə “ Naxçıvan Muxtar Respublikasında ipoteka kreditləşməsi sisteminin genişləndirilməsi” mövzusuna dair Azərbaycan İpoteka Fondunun, Naxçıvan şəhərinin və Azərbaycan Respublikası Milli Bankın NMR üzrə ərazi idarəsinin rəhbərliklərinin birgə iştirakı ilə Naxçıvan İcra Hakimiyyətinin inzibati binasında şəhərin gəncləri, içtimaiyyəti, yerli bankların və digər strukturların nümayyəndələri ilə görüşü keçirilmişdir.

Görüş zamanı Azərbaycan İpoteka Fondunun  icraçı direktoru Faiq Məmmədov təqdimat mərasimi keçirməklə, Azərbaycanda ipoteka kreditləşməsi sisteminin formalaşmasının mərhələləri, şərtləri, yaşayış sahəsinin yaxşılaşdırılması zəmində  ipoteka kreditləşməsi sisteminin üstünlükləri və bu müddət ərzində əldə olunan nəticələr haqqında ətraflı məlumat vermiş və görüş iştirakçılarının çoxsaylı sullarını cavablandırmışdır. Səfər çərçivəsində AİF-in  icraçı direktoru Faiq Məmmədov yerli bankların nümayyəndələri ilə  görüş keçirərək, mövzu ilə bağlı  yerli TV kanala və qəzetlərə müsahibələr vermişdir.

Səfərinin yekunu dinamik inkişaf edən Naxçıvan Muxtar Respublikasında əhalinin ipoteka kreditləşməsi sisteminə  artan böyük marağını göstərdi. Azərbaycan  Respublikası Milli Bankın ərazi idarəsi nəzdində  Azərbaycan İpoteka Fondunun məlumat xidməti təşkil edilmışdir, daha sonra isə Naxçıvan Muxtar Respublikasında AİF-in  filialının açılmasına baxılacağı planlaşdırılır.

Belə tədbirlərin Azərbaycanın digər bölgələrində də həyata keçirilməsi nəzərdə tutulur.