İpoteka və Kredit Zəmanət Fondu üçün arxiv dolablarının satın alınması üzrə təkliflər sorğusu başa çatıb.
Satınalmanın qalibi “Seyf Plus” MMC olub. Fondla MMC arasında 19 aprel 2019-cu il tarixli 04/19 nömrəli satınalma müqaviləsi bağlanıb.
Satınalmalar Komissiyası
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.