Bakı şəhəri, Yasamal rayonu,
Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 6-7 saylı binaları
üzrə 22 mənzil, həmçinin 8 və 9 saylı binalarında yerləşən 132 mənzil,
ümumilikdə 154 mənzilin satışı 29 aprel 2019-cu il tarixində saat 11:00-da
başlayacaq və 30 aprel 2019-cu il tarixi saat 23:59-dək davam edəcək. Azərbaycan Respublikası
Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil
İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi
“Elektron hökumət” portalında (www.e-gov.az) yaradılmış “Güzəştli
mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
Yalnız “Güzəştli mənzil” sistemində elektron
kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron
kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən
asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdirlər. Həmin şəxslər
elektron kabinetlərində “Satış/Mənzillər” bölməsinə daxil olaraq “erkən gələnə
erkən xidmət” prinsipi (satış başladığı anda sistemə daxil olaraq mənzili ilk
seçən şəxslər onu almaq imkanı əldə edir) əsasında mənzilləri seçə biləcəklər.
“Güzəştli Mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumat, o
cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində “Güzəştli
mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq
mümkündür.
Satışa çıxarılan mənzillər
barədə ümumi məlumat:
Satışa 154 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli,
mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və
elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.
Bütün binalar Azərbaycan
Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və
inşa olunur. Bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar
Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar
Dövlət Ekspertiza Baş İdarəsinin 15.11.2016-cı il tarixli 22880 nömrəli və
27.12.2016-cı il tarixli 23089 nömrəli müsbət rəyləri mövcuddur.
Mənzillərə dair Azərbaycan Respublikası Əmlak Məsələləri
Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi
İdarəsi tərəfindən mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatı barədə
arayışlar verilib.
Bina № |
Binanın yerləşdiyi torpaq sahəsi (m²) |
Binada mərtəbə
sayı |
Binaya
giriş sayı |
Mənzillərin
otaqlarının sayı |
Mənzillərin
sayı |
Mənzillərin
daxili perimetr
üzrə sahəsi (m²) |
Mənzillərin
xarici perimetr
üzrə sahəsi (m²) |
Baş
podratçı / ünvanı |
Tikinti-quraşdırma və təmir işlərinin başaçatma tarixi |
6 |
687.45 |
9 |
2 |
1 |
5 |
33,10 - 33,37 |
40,52 |
"Hünər-İnşaat" Firması / Bakı şəhəri, Xətai
rayonu, Gəncə prospekti, ev 97,
mənzil 63. |
1
sentyabr 2018-ci il |
2 |
3 |
55,03 |
66,92 | ||||||
3 |
1 |
69,56 |
81,64 | ||||||
7 |
665.36 |
9 |
2 |
1 |
2 |
33,37 |
40,52 | ||
2 |
6 |
54,65
- 55,03 |
66,92 | ||||||
3 |
5 |
69,56
- 69,93 |
81,64 | ||||||
8 |
645.25 |
9 |
2 |
1 |
9 |
33,10 - 33,37 |
40,52 | ||
2 |
54 |
49,77
- 55,02 |
60,10-66,91 | ||||||
3 |
9 |
69,08
- 69,68 |
84,47 | ||||||
9 |
441.56 |
12 |
1 |
1 |
12 |
31,50 - 33,01 |
40,12 | ||
2 |
24 |
56,85
- 57,87 |
70,44 | ||||||
3 |
24 |
69,80
- 70,46 |
84,47 |
Satış şərtləri və qiymətlər:
Azərbaycan Respublikası Prezidentinin 16.11.2016-cı il tarixli 1113 nömrəli
Fərmanı ilə təsdiq edilmiş Qaydanın 1.2.10-cu yarımbəndi və 3.2-ci bəndinə əsasən
vətəndaşlara güzəştli şərtlərlə təklif olunan mənzillərin satış qiyməti İpoteka
və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş orta bazar qiymətindən aşağı
müəyyən olunub.
1 otaqlı mənzillərin qiyməti – 29 925 manatdan,
2 otaqlı mənzillərin qiyməti – 47 282 manatdan,
3 otaqlı mənzillərin qiyməti – 65 626 manatdan başlayır.
Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.
Vətəndaş mənzili İpoteka və Kredit Zəmanət Fondunun güzəştli
ipoteka krediti vəsaiti hesabına aldıqda:
İllik faiz dərəcəsi |
Müddət |
Minimal
ilkin ödəniş |
Aylıq ödəniş* | ||
1 otaqlı |
2 otaqlı |
3 otaqlı | |||
4% |
3-30 il |
10% |
129-136
manat |
203-236 manat |
282-288 manat |
* Aylıq ödəniş –
mənzil 10% ilkin ödəniş edilərək 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli
ipoteka krediti ilə alındıqda. |
DİQQƏT! Mənzilə güzəştli ipoteka
krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq
ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına
birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10% endirim əldə edəcək.
Mənzilə öz vəsaiti
hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin
satışı aşağıdakı
Otaqların sayı |
Mənzilin qiyməti (manat) |
Əlavə endirim məbləği (manat) |
Əlavə endirimdən sonra mənzilin
satış qiyməti (manat) |
1 |
29 925 |
2 993 |
26 932 |
2 |
47 282 |
4 728 |
42 554 |
3 |
65 626 |
6 563 |
59 063 |
Qeyd: Mənzillərin satış qiymətinə ƏDV
daxildir.
Yasamal Yaşayış Kompleksinin www.yasamal.mida.az internet səhifəsinə daxil olaraq satışa çıxarılan hər bir mənzilin (və otaqlarının) dəqiq ölçüsü, qiyməti, tətbiq edilən güzəştlər və əlavə endirimlər, agent banklar haqqında məlumatla tanış olmaq, habelə ipoteka və güzəştli mənzil kalkulyatorları vasitəsilə müvafiq hesablamalar aparmaq mümkündür.
Güzəştli mənzil əldə etmək hüququ olan şəxslər mənzilin
əldə olunması üçün ərizənin təqdim olunması qaydası, mənzillərin satış şərtləri,
agent banklar barədə ətraflı məlumatla www.mida.gov.az və www.mida.az internet səhifələrində
və ya müvafiq “ASAN Xidmət” mərkəzlərinə (1, 3, 5 saylı və Sumqayıt), habelə “108”
çağrı mərkəzinə müraciət edərək tanış ola bilərlər.
Qeyd: “Güzəştli mənzil”
sisteminin istifadəçiləri satış modulunun yenilənmiş təlimatı ilə öz elektron
kabinetlərinin müvafiq bölməsində və ya www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində
“Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış
ola bilərlər.