24.07.2006

Azərbaycan İpoteka Fondunun mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanlarının icrasını təmin etmək məqsədi ilə AMB nəzdində AİF tərəfindən ipoteka kreditləşməsi sisteminin genişləndirilməsi istiqamətində respublikanın bölgələrində bir sıra tədbirlərin həyata keçirilməsi davam etməkdədir. Belə ki, 21 iyul 2006-cı tarixdə "Azərbaycan Respublikasının bölgələrində ipoteka kreditləşməsi sisteminin genişləndirilməsi” mövzusuna dair Lənkəran şəhərində Azərbaycan İpoteka Fondunun, Lənkəran şəhərinin və Azərbaycan Respublikası Milli Bankın ərazi idarəsinin rəhbərliklərinin birgə iştirakı ilə Lənkəran Dram Teatrın zalında şəhərin içtimaiyyəti, yerli bankların və diqər strukturların nümayyəndələri ilə görüşü keçirilmişdir.

Görüş zamanı Azərbaycan İpoteka Fondunun  icraçı direktoru Faiq Məmmədov təqdimat mərasimi keçirməklə, Azərbaycanda ipoteka kreditləşməsi sisteminin formalaşmasının mərhələləri, şərtləri, yaşayış sahəsinin yaxşılaşdırılması zəmində  ipoteka kreditləşməsi sisteminin üstünlükləri və bu müddət ərzində əldə olunan nəticələr haqqında ətraflı məlumat vermiş və görüş iştirakçılarının çoxsaylı sullarını cavablandırmışdır. Səfər çərçivəsində AİF-in  icraçı direktoru Faiq Məmmədov bölqədəki yerli bankların nümayyəndələri ilə  görüş keçirərək, mövzu ilə bağlı  yerli TV kanala və qəzetlərə müsahibələr vermişdir.

Səfərinin yekunu Lənkəran şəhərinin əhalisinin ipoteka kreditləşməsi sisteminə  artan böyük marağını göstərdi. Azərbaycan Respublikası Milli Bankın ərazi idarəsi nəzdində  Azərbaycan İpoteka Fondunun məlumat xidmətinin təşkil edilməsi, daha sonra isə AİF-in  bölgə üzrə filialının açılmasına baxılacağı planlaşdırılır.

Belə tədbirlərin Azərbaycanın digər bölgələrində də həyata keçirilməsi nəzərdə tutulur.