İpoteka və Kredit Zəmanət Fondu dəftərxana,
azqiymətli və təsərrüfat mallarının satın
alınmasına dair açıq tender elan edir.
Açıq
tender 4 (dörd) Lotdan ibarətdir:
- Lot 1 -
Dəftərxana mallarının satın alınması;
- Lot 2 - Azqiymətli
və təsərrüfat mallarının satın alınması;
- Lot 3 -
Çap qurğuları üçün katriclərin satın alınması;
- Lot 4 - Korporativ loqo ilə malların alınması.
Satınalma üzrə prosedurlar 12
aprel 2019-cu il tarixində saat 15.00-da Fondun inzibati binasında təklif
zərflərinin açılması ilə başlanılacaq.
Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər
aşağıdakı sənədləri təqdim etməlidir:
- tenderdə iştirak etmək üçün ərizə (hər Lot üzrə ayrı ərizə
yazılmalıdır);
- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
- hər lot üzrə ayrıca tender təklifi;
- hər lot üzrə ayrıca təklifin qiymətinin 1 faizi həcmində təminat
(bank zəmanəti)
- iddiaçının hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə, dövlət
qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, VÖEN, ƏDV
qeydiyyatının olub-olmamasını müəyyən etməyə imkan verən sənəd və s.) notariat
qaydasında təsdiq edilmiş surətləri;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə
malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi
barədə əmr);
- iddiaçının iş təcrübəsini təsdiq edən sənədlərin surətləri;
- iddiaçının fəaliyyətinin axırıncı ili
üzrə maliyyə vəziyyəti haqqında bank arayışı və bank rekvizitləri;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair
yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması barədə müvafiq icra hakimiyyəti
orqanından arayışlar (AR Vergilər Nazirliyindən və Dövlət Sosial Müdafiə
Fondundan arayışlar);
- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı,
habelə ödəmə qabiliyyəti olması;
- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş
girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs
olmaması;
- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində
özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri,
yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış
göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların
müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan
edilməməsi.
Açıq tenderin əsas şərtlər toplusunda
müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar üzrə təkliflərin
xeyrinə xaricdən idxal olunan eyni malların təklif edilən qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq ediləcək.
Satınalmanın icra müddəti: Dəftərxana malları satınalma müqaviləsi imzalandığı tarixdən
başlayaraq 3 ay müddətində icra edilməli və mallar Fonda təhvil verilməlidir.
Açıq tenderin əsas şərtlər toplusu Azərbaycan
dilində tərtib olunub.
Tenderdə iştirak haqqı hər lot
üzrə 100 manat məbləğində müəyyən edilib. İştirak haqqı Fondun aşağıdakı hesabına ödənildikdən
sonra açıq tenderin əsas şərtlər toplusu malgöndərənlərə təqdim ediləcək:
Azərbaycan Respublikasının İpoteka və
Kredit Zəmanət Fondu
Ünvan: AZ1014, Bakı şəhəri, Nəsimi
rayonu, Bül-bül prospekti 40
VÖEN: 1403502281
H/h:
AZ57NABZ01360450000000005944
Bank: Azərbaycan
Respublikası Mərkəzi Bankı
VÖEN: 9900071001
Kоd: 501004
M/h:
AZ74NABZ01451700000000001944
S.W.I.F.T bik:
NABZAZ2C
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tender üzrə ilkin sənədlər 29
mart 2019-cu il tarixinədək, təklif zərfləri və təklifin təminatı isə 11 aprel 2019-cu il tarixinədək qəbul
ediləcək.
Əlavə məlumat almaq üçün əlaqələndirici şəxsin iş telefonu və faks
nömrəsi: (+99412) 441-24-23 (daxili 111), Faks: (+99412) 598-11-77.
Satınalmalar komissiyası