İpoteka və Kredit Zəmanət Fondu inzibati binasının və avadanlıqlarının
sığortalanması ilə bağlı xidmət təkliflərinin cəlb olunması üzrə satınalma
elan edir.
Satınalma üzrə prosedurlar 09
aprel 2019-cu il tarixində saat 15.00-da Fondun inzibati binasında təklif
zərflərinin açılması ilə başlanılacaq.
Satınalmada iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər
aşağıdakı sənədləri təqdim etməlidir:
a. satınalmada iştirak etmək üçün ərizə;
b. iştirak haqqının ödənilməsini təsdiq edən
bank sənədi;
c. təklif;
d. təklifin qiymətinin 1 faizi həcmində təminat
(bank zəmanəti);
e. iddiaçının hüquqi statusunu əks etdirən
sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən
çıxarış, lisenziya, VÖEN) notariat qaydasında təsdiq edilmiş surətləri, ƏDV
qeydiyyatının olub-olmamasını müəyyən etməyə imkan verən sənədlərin surətləri;
f. iddiaçının iş təcrübəsini təsdiq
edən sənədlərin surətləri;
g. satınalma təklifini və
satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini
təsdiq edən sənədin (vəzifəyə təyin edilməsi barədə əmr) iddiaçı tərəfindən
möhürlə təsdiq edilmiş surəti;
h. iddiaçının əmlak sığortası üzrə
korporativ müştəriləri haqqında məlumat;
i. yığılmış sığorta haqları və verilmiş
sığorta ödənişləri haqqında məlumat ;
j. iddiaçının fəaliyyətinin
axırıncı ili üzrə maliyyə vəziyyəti haqqında bank arayışı və bank rekvizitləri;
k. Azərbaycan Respublikasında
vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin
olmaması haqqında müvafıq vergi orqanından arayış (Vergilər Nazirliyi və Dövlət
Sosial Müdafiə Fondu tərəfindən arayışlar);
l. iddiaçının müvafiq sahə üzrə peşəkarlığını və təcrübəsini, eləcə də,
texniki imkanlarını əks etdirən məlumatlar.
Satınalmada iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər
aşağıdakı tələblərə cavab verməlidir:
- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə
ödəmə qabiliyyəti olması;
- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş
girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs
olmaması;
- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,
habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud
satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri
ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri
ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi;
Satınalmanın icra müddəti: Satınalma müqaviləsinin icra müddəti 1 (bir) il müəyyən
edilir.
Xidmət təklifləri sorğusu Azərbaycan dilində
tərtib olunub.
Satınalmada iştirak haqqı 50 (əlli)
manat məbləğində müəyyən edilib. İştirak haqqı Fondun aşağıdakı hesabına ödənildikdən
sonra satınalmanın xidmət təklifləri sorğusu malgöndərənlərə təqdim ediləcək:
Ünvan: AZ1014, Bakı şəhəri, Nəsimi
rayonu, Bül-bül prospekti 40
VÖEN: 1403502281
H/h:
AZ57NABZ01360450000000005944
Bank: Azərbaycan
Respublikası Mərkəzi Bankı
VÖEN: 9900071001
Kоd: 501004
M/h:
AZ74NABZ01451700000000001944
S.W.I.F.T bik:
NABZAZ2C
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Satınalma üzrə ilkin sənədlər 28
mart 2019-cu il tarixinədək, təklif zərfləri və təklifin təminatı isə 08 aprel 2019-cu il tarixinədək qəbul
ediləcək.
Əlavə məlumat almaq üçün əlaqələndirici şəxsin iş telefonu və faks
nömrəsi: (+99412) 441-24-23 (daxili 111), Faks: (+99412) 598-11-77.
Satınalmalar Komissiyası