26.07.2006

Azərbaycan İpoteka Fondunun mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanlarının icrasını təmin etmək məqsədi ilə AMB nəzdində AİF tərəfindən ipoteka kreditləşməsi sisteminin genişləndirilməsi istiqamətində respublikanın bölgələrində bir sıra tədbirlərin həyata keçirilməsi davam etməkdədir. 27 iyul 2006-cı tarixdə "Azərbaycan Respublikasının bölgələrində ipoteka kreditləşməsi sisteminin genişləndirilməsi" mövzusuna dair Sumqayıt şəhərində Azərbaycan İpoteka Fondunun, Sumqayıt şəhər Bələdiyyəsinin və şəhərinin rəhbərliklərinin birgə iştirakı ilə şəhərin gəncləri, içtimaiyyəti, yerli bankların və diqər strukturların nümayyəndələri ilə görüşü keçirilmişdir.

Görüş zamanı Azərbaycan İpoteka Fondunun  icraçı direktoru Faiq Məmmədov təqdimat mərasimi keçirdi, ipoteka kreditləşməsi sisteminin üstünlükləri və bu müddət ərzində əldə olunan nəticələr haqqında ətraflı məlumat verdi, görüş iştirakçılarının çoxsaylı sullarını cavablandırdı. Səfər çərçivəsində AİF-in  icraçı direktoru Faiq Məmmədov yerli bankların nümayyəndələri ilə  görüş keçirərək, mövzu ilə bağlı dövlət, müstəqil,   yerli TV kanallara və qəzetlərə müsahibələr vermişdir.