11.10.2018

İpoteka və Kredit Zəmanət Fondu elan edir

İpoteka və Kredit Zəmanət Fondunun "Avtomatlaşdırılmış Baş Mühasibat Uçotu Sistemi"nin yenilənməsi ilə bağlı mal və xidmətlərin satın alınmasına dair elan etdiyi açıq tender başa çatıb.

Satınalmanın qalibi olaraq "GNİ SOFTVVARE" MMC seçilib. İpoteka və Kredit Zəmanət Fondu ilə "GNİ SOFTVVARE" MMC arasında 08 oktyabr 2018-ci il tarixli 0810/18 nömrəli "Avtomatlaşdırılmış Baş Mühasibat Uçotu Sistemi"nin yenilənməsi ilə bağlı mal və xidmətlərin satınalma müqaviləsi bağlanıb.   

Açıq Tender Komissiyası