İpoteka və Kredit Zəmanət Fondunun avtonəqliyyat vasitələrinin könüllü sığortalanması üzrə xidmətlərin satın alınması ilə bağlı xidmət təkliflərinin cəlb olunması başa çatıb.
Satınalmanın qalibi "Qala Sığorta" ASC ilə 07 sentyabr 2018-ci il tarixli MV-C 00175-18 nömrəli satınalma müqaviləsi bağlanıb.
Satınalmalar Komissiyası
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.