Azərbaycan İpoteka Fondunun mətbuat xidmətinin məlumatı
Cari ilin mart ayın 1-də start götürmüş ipoteka kreditləşməsi prosesinin ilk 6 ayın nəticələri üzrə Azərbaycan Respublikası Milli Bankının (AMB) və onun nəzdində Azərbaycan İpoteka Fondunun (AIF) birgə mətbuat konfransı keçirilmişdir.
Mətbuat konfransını giriş sözü ilə açan AMb-nin Baş direktoru c-b R.Aslanov Azərbaycanda ipoteka kreditləşməsi sisteminin inkişafı yönümündə həyata keçirilən tədbirlərin müsbət nəticələr verdiyini vurğuladı və bu sistemin daha da kütləviləşməsi istiqamətində zəruri addımların atılması planlarından məlumat verdi.
Daha sonra Azərbaycan İpoteka Fondunun icraçi direktoru c-b F.Məmmədov “İpoteka kreditləri mexanizminin Azərbaycan Respublikasında tətbiqi - ilk 6 ayın nəticələri” mövzusunda təqdimat mərasimini keçirdi (təqdimatla www.amf.azTədris güşəsi ünvanında tanış ola bilərsiniz).
Təqdimat zamanı AMB-in İdarə Heyətinin qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının Milli Bankı nəzdində Azərbaycan İpoteka Fondunun yenidən maliyyələşdirdiyi ipoteka kreditlərinin müvəkkil kredit təşkilatları tərəfindən verilməsinə dair standart Tələblərə” edilmiş əlavə və dəyişikliklər, həmçinin “Azərbaycan Respublikasının Milli Bankı nəzdində Azərbaycan İpoteka Fondunun vəsaiti hesabına ipoteka kreditlərinin verilməsi Qaydaları”nın təkmilləşdirilməsi barədə təkliflər, eləcə də mart ayının 1-dən bu günədək əldə olunan nailiyyətlər və ipoteka kreditləri üzrə son nəticələr haqqında məlumat verilmışdir.
Tədbirin sonunda R.Aslanov və F.Məmmədov mətbuat nümayəndələrinin çoxsaylı suallarını cavablandırdılar.
Hörmətli borcalan!
Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.