İpoteka və Kredit Zəmanət Fondunun “Avtomatlaşdırılmış Baş Mühasibat Uçotu Sistemi”nin yenilənməsi ilə bağlı mal və xidmətlərin satın alınmasına dair açıq tenderlə bağlı müddətlərdə dəyişikliklər edilib.
Tender üzrə təklif zərfləri və təklifin təminatı 13 sentyabr 2018-ci il saat 18.00-dək Fondun Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcək. Tender zərfləri 14 sentyabr 2018-ci il saat 16.30–da Fondun inzibati binasında açılacaq.
Təklifin qüvvədə olma müddəti 29 oktyabr 2018-ci il, təklifin təminatının qüvvədə olma müddəti isə 12 dekabr 2018-ci il tarixinədək müəyyən edilib.
Açıq tenderlə bağlı əlavə məlumat almaq üçün 441-24-23 (133) nömrəli telefona zəng etmək olar.
Açıq tender komissiyası
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.