28.09.2006

Azərbaycan İpoteka Fondunun mətbuat xidmətinin məlumatı

29 sentyabr 2006-cı il tarixdə Azərbaycan Milli Bankı nəzdində Azərbaycan İpoteka Fondunda "Beynəlxalq mühasibat standartları və AİF-in mühasibat uçotu siyasəti" mövzusunda təqdimat mərasimi keçirilmişdir. AİF-in mühasibat uçotu siyasəti beynəlxalq mühasibat uçotu standartları prinsiplərinə uyğun olaraq hazırlanması və həmin standartların tələblərinə tam cavab verirlməsi xarici ekspertlər tərəfindən təhlil və müvafiq qaydada təsdiq edilmişdir.

Təqdimat mərasimi Azərbaycanda ipoteka  kreditləşməsi sisteminin inkişafı istiqamətində Azərbaycan İpoteka Fondu və ABŞ-ın USAİD təşkilatının dəstəyi ilə Azərbaycanda fəaliyət göstərən ACDİ/VOCA təşkilatı arasında texniki əməkdaşlıq barədə imzalanmış anlaşma memorandumunun nəticəsi olaraq ACDİ/VOCA təşkilatının expertləri tərəfindən keçirilmişdir.

Tədbirdə Azərbaycan İpoteka  Fondunun  icraçı direktoru Faiq Məmmədov, AİF-in diqər məhsul  işçiləri, ACDİ/VOCA və USAİD təşkilatları tərəfindən isə Azərbaycandakı nümayyəndələri iştirak etmişdilər.

Sentyabrın 29-da AİF şərtləri ilə "Texnikabank" tərəfindən 100-cü ipoteka krediti verilmişdir. Borcalan Laçın rayonundan məcburi köçkün və himayəsində bir uşağı olan gənc ailədir.