06.08.2018

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu aşağıdakı bildirişi elan edir

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun “Avtomatlaşdırılmış Baş Mühasibat Uçotu Sistemi”nin yenilənməsi ilə bağlı  mal və xidmətlərin satın alınmasına dair Açıq tender ilə bağlı müddətlərdə aşağıdakı dəyişikliklər edilmişdir: 

Tender üzrə ilkin sənədlər 27 avqust 2018-ci il saat 18.00-dək, təklif zərfləri və təklifin təminatı isə 06 sentyabr 2018-ci il saat 18.00-dək Fondun Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcəkdir. Tender zərfləri 07 sentyabr 2018-ci il saat 15.00–da Fondun inzibati binasında açılacaqdır.

Təklifin qüvvədə olma müddəti 19 oktyabr 2018-ci il, təklifin təminatının qüvvədə olma müddəti 03 dekabr 2018-ci il tarixinədək olması müəyyən edilmişdir.

Açıq tender ilə bağlı əlavə məlumat almaq üçün 441-24-23 (133) nömrəli telefona zəng etmək olar.

Açıq tender komissiyası