25.10.2006

Azərbaycan İpoteka Fondunun mətbuat xidmətinin məlumatı

25 oktyabr 2006-cı il tarixdə Xəzər İnteqrasiya İşgüzar Klubunun (XİİK) çərçivəsində Azərbaycan İpoteka Fondunun icraçı direktoru Faiq Məmmədovun iştirakı ilə Xəzər Tikinti və Mebel Klubunun və Xəzər Maliyyə Klubunun birgə iclası kecirilmişdir.

Görüşdə Azərbaycan İpoteka Fondunun icraçı direktoru Faiq Məmmədov “İpoteka kreditləri sisteminin Azərbaycan Respublikasında tədbiqi - ilk nəticələr” mövzusunda təqdimat mərasimi keçirməklə, Azərbaycanda ipoteka kreditləşməsi sisteminin formalaşmasının mərhələləri, şərtləri, yaşayış sahəsinin yaxşılaşdırılması zəmində  ipoteka kreditləşməsi sisteminin üstünlükləri və bu müddət ərzində əldə olunan nəticələr haqqında ətraflı məlumat vermiş və XİİK-in üzvlərinin  çoxsaylı suallarını cavablandırmışdır.

XİİK-in iclasında Rusiyanın, Qazaxstanın, Türkiyənin, Ukraynanın, Latviyanın, İranın və diqər ölkələrin nümayyəndələri iştirak etmişdir.

Görüşün sonunda Azərbaycan İpoteka Fondunun icraçı direktoru Faiq Məmmədova Xəzər İnteqrasiya İşgüzar Klubunun fəxri üzlüyünün sertifikatı təqdim olunmuş və görüş iştirakçıları ilə xatirə şəkilləri çəkdirilmişdir.