Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun "Kredit reytinqi modeli" və "Erkən xəbərdarlıq sistemi"nin yaradılması üzrə xidmətlərin satın alınması.
Açıq tender üzrə satınalmanın müddəti uzadılmışdır.
Tender üzrə ilkin sənədlər 10 may 2018-ci il saat 18.00-dək, təklif zərfləri və təklifin təminatı isə 22 may 2018-ci il saat 18.00-dək Fondun Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcəkdir. Tender üzrə zərflər 23 may 2018-ci il saat 15.00–da Fondun inzibati binasında açılacaqdır.
Təklifin qüvvədə olma müddəti 11 iyul 2018-ci il, təklifin təminatının qüvvədə olma müddəti 29 avqust 2018-ci il tarixinədək olması müəyyən edilmişdir.
Tender ilə bağlı əlavə məlumat almaq üçün 441-24-23 (172) nömrəli telefona zəng etmək olar.
Satınalmalar Komissiyası
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.