06.04.2018

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu aşağıda qeyd olunan Açıq tenderin müddətinin uzadılmasını elan edir

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun "Kredit reytinqi modeli" və "Erkən xəbərdarlıq sistemi"nin yaradılması üzrə xidmətlərin satın alınması.

 

Açıq tender üzrə satınalmanın müddəti uzadılmışdır.

Tender üzrə ilkin sənədlər 20 aprel 2018-ci il saat 18.00-dək, təklif zərfləri və təklifin təminatı isə 03 may 2018-ci il saat 18.00-dək Fondun Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcəkdir. Tender üzrə zərflər 04 may 2018-ci il saat 15.00–da Fondun inzibati binasında açılacaqdır.

Təklifin qüvvədə olma müddəti 27 iyun 2018-ci il, təklifin təminatının qüvvədə olma müddəti 10 avqust 2018-ci il tarixinədək olması müəyyən edilmişdir.

Tender ilə bağlı əlavə məlumat almaq üçün 441-24-23 (172) nömrəli telefona zəng etmək olar.

Satınalmalar Komissiyası