Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna azqiymətli və təsərrüfat mallarının satın alınmasına dair təkliflər sorğusu.
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (bundan sonra- Fond) Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə yaradılan qeyri-kommersiya hüquqi şəxsdir. Fond barədə ətraflı məlumatları http://www.mcgf.az ünvanında yerləşən internet səhifəsindən əldə etmək olar.
Satınalma üzrə prosedurlar 18 aprel 2018-ci il tarixində saat 15.00-da Fondun inzibati binasında təklif zərflərinin açılması ilə başlanılacaqdır.
Satınalmada iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı sənədləri təqdim etməlidir:
Satınalmada iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı tələblərə cavab verməlidir:
Təkliflər sorğusunun Əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar üzrə təkliflərin xeyrinə xaricdən idxal olunan eyni malların təklif edilən qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq ediləcəkdir.
Satınalmanın icra müddəti: Satınalma müqaviləsi imzalandığı tarixdən başlayaraq 20 (iyirmi) gün müddətində icra edilməli və mallar Fonda təhvil verilməlidir.
Təkliflər sorğusunun Əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuşdur.
Satınalmada iştirak haqqı 50 manat məbləğində müəyyən edilmişdir. İştirak haqqı Fondun aşağıdakı hesabına ödənildikdən sonra satınalmanın Təkliflər sorğusunun Əsas şərtlər toplusu malgöndərənlərə təqdim ediləcəkdir:
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu
Ünvan: AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 40
VÖEN: 1403502281
H/h: AZ57NABZ01360450000000005944
Bank: Azərbaycan Respublikası Mərkəzi Bankı
VÖEN: 9900071001
Kоd: 501004
M/h: AZ74NABZ01451700000000001944
S.W.I.F.T bik: NABZAZ2C
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Satınalma üzrə ilkin sənədlər 05 aprel 2018-ci il tarixinədək, təklif zərfləri və təklifin təminatı isə 17 aprel 2018-ci il tarixinədək qəbul ediləcəkdir.
Əlavə məlumat almaq üçün əlaqələndirici şəxsin iş telefonu və faks nömrəsi: (+99412) 441-24-23 (daxili 111), Faks: (+99412) 598-11-77.
Satınalmalar komissiyası