"Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinə 2018-ci il üzrə investisiya xidmətlərinin (əməliyyatlarının) göstərilməsi ilə bağlı xidmətlərin satın alınmasına dair açıq tender başa çatmışdır. Tenderin 1-ci Lot (Qiymətli kağızlar ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi xidməti) üzrə qalibi "AzFinance İnvestisiya Şirkəti" QSC ilə 09 fevral 2018-ci il tarixli 481/1 nömrəli və 2-ci Lot (Qiymətli kağızların öhdəlik götürmədən yerləşdirilməsi və anderraytinqi) üzrə qalibi "PSG-KAPİTAL İnvestisiya Şirkəti" QSC ilə 08 fevral 2018-ci il tarixli 0004A nömrəli satınalma müqavilələri bağlanmışdır.
Satınalmalar Komissiyası
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.