Azərbaycan İpoteka Fondunun mətbuat xidmətinin məlumatı
05.12.06-cı il tarixdə ipoteka kreditləşməsi sisteminin daha da səmərəli qurulması, mövcud problemlərin çevik aradan qaldırılması, sənədləşdirilmə və digər prosedurların təkmilləşdirilməsi yönümündə AİF-in təşəbbusü ilə müvəkkil kredit təşkilatları arasında yaradılmış birgə işçi qrupunun ilk iclası keçirilmişdir.
İclası giriş sözü ilə açan Azərbaycan İpoteka Fondunun icraçı direktoru Faiq Məmmədov əhalinin ipoteka kreditlərinə artan tələbatını qeyd edərək, Azərbaycan Respublikası Prezidentinin ipoteka kreditləşməsi prosesinin daha kütləviləşdirilməsi üçün müvafiq tövsiyələrinin həyata keçirilməsi istiqamətində konkret tədbirlərin aparılması barədə ətraflı məlumat verdi.
Daha sonra iclas iştirakçiları əhaliyə ipoteka kreditlərinin verilməsində, xidmətlərin effektiv qurulması, qeydiyyat, rəsmiləşdirilmə və qiymətləndirilmə prosedurlarının aparılmasında yaranan maneələrin aradan qaldırılması, bölgələrdə ipoteka kreditləşməsi sisteminin genişləndirilməsi, əhalinin bu sahədə maarifləndirilməsi və digər mühüm məsələlərlə bağlı müzakirələr aparmışdır. Tədbirin sonunda işçi qruplarının xüsusi sahələr üzrə (informasiya texnologiyaları, hüquq, maarifləndirmə, mühasibat) bölmələrinin yaradılması və növbəti mərhələlərdə ipoteka kreditləşməsi sisteminin digər bazar iştirakçilarının işçı qrupunun müzakirələrinə dəvət edilməsi qərara alınmışdır.
Qiymətləndirilmə və sənədləşdirilmə prosedurlarının daha da təkmil qurulması məqsədi ilə AİF-in təşəbbusü ilə mütəmadi olaraq müvəkkil kredit təşkilatlarının ipoteka kreditləri üzrə mütəxəssisləri üçün Fond tərəfindən treninq və seminarların keçirilməsi haqqında qərar verilmişdir.
Hörmətli borcalan!
Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.