İpoteka və Kredit Zəmanət Fondu daşınmaz əmlak bazarında tələbin öyrənilməsinə dair ictimai sorğunun keçirilməsi üzrə xidmətin satın alınması ilə bağlı xidmət təkliflərinin cəlb olunmasını elan edir.
Satınalma üzrə prosedurlar 12 oktyabr 2018-ci il tarixində saat 15:00-da Fondun inzibati binasında təklif zərflərinin açılması ilə başlanılacaq.
Satınalmada iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı sənədləri təqdim etməlidir:
Satınalmada iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı tələblərə cavab verməlidir:
Xidmət təklifləri sorğusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli xidmətlər üzrə xidmət təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni xidmətlərin təklif edilən qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq ediləcək.
Xidmətin icra müddəti: 3 ay olaraq müəyyən edilib.
Xidmət təklifləri sorğusu Azərbaycan dilində tərtib olunub.
Satınalmada iştirak haqqı 50 manat məbləğində müəyyən edilib. İştirak haqqı Fondun aşağıdakı hesabına ödənildikdən sonra satınalma üzrə xidmət təklifləri sorğusu malgöndərənlərə təqdim ediləcək:
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu
Ünvan: AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 40
VÖEN: 1403502281
H/h: AZ57NABZ01360450000000005944
Bank: Azərbaycan Respublikası Mərkəzi Bankı
VÖEN: 9900071001
Kоd: 501004
M/h: AZ74NABZ01451700000000001944
S.W.I.F.T bik: NABZAZ2C
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Satınalma üzrə ilkin sənədlər 02 oktyabr 2018-ci il tarixinədək, təklif zərfləri və təklifin təminatı isə 11 oktyabr 2018-ci il tarixinədək qəbul ediləcək.
Əlavə məlumat almaq üçün əlaqələndirici şəxsin iş telefonu və faks nömrəsi: (+99412) 441-24-23 (daxili 172), Faks: (+99412) 598-11-77.
Satınalmalar komissiyası