07.12.2006

Azərbaycan İpoteka Fondunun mətbuat xidmətinin məlumatı

Müvəkkil kredit təşkilatları tərəfindən ipoteka kreditlərinin qiymətləndirilməsini və sənədləşdirilmə prosedurlarının AİF-in Standart Tələblərinə tam uyğun aparılması məqsədi ilə MKT-ların mütəxəssisləri üçün AİF tərəfindən treninq keçirilmişdir.

Treninqdə "Azərbaycan Beynəlxalq Bankı", "Azərdəmiryolbank",  "Azəriqazbank",  "Azərbaycan Kredit Bankı", "AtaBank", "Bank of Azerbaijan" "Bank of Baku", "Qafqaz İnkişaf Bankı", "Kapital Bank", "Nikoyl", "Rabitəbank", "Respublika", "Standard", "Texnikabank",  "Turanbank", "Unibank" və "Xalq Bankı" müvəkkil kredit təşkilatlarının nümayəndələri iştirak etmişdilər.

Əhaliyə göstərilən xidmətlərin keyfiyyətini və əhatəliyini artırmaq məqsədi ilə bu səpkili treninq və seminarların keçirilməsi AİF tərəfindən mütəmadi olaraq həyata keçirilməsi nəzərdə tutulur.