09.08.2018

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu aşağıdakı bildirişi elan edir

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun İnformasiya sistemlərinə dəstək xidmətlərinin göstərilməsi üzrə xidmətlərin satın alınmasına dair Açıq tender ilə bağlı müddətlərdə aşağıdakı dəyişikliklər edilmişdir: 

Tender üzrə ilkin sənədlər 30 avqust 2018-ci il saat 18.00-dək, təklif zərfləri və təklifin təminatı isə 11 sentyabr 2018-ci il saat 18.00-dək Fondun Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcəkdir. Təklif zərfləri 12 sentyabr 2018-ci il saat 15.00-da Fondun inzibati binasında açılacaqdır.

Təklifin qüvvədə olma müddəti 25 oktyabr 2018-ci il, təklifin təminatının qüvvədə olma müddəti 12 dekabr 2018-ci il tarixinədək müəyyən edilmişdir.

Açıq tender ilə bağlı əlavə məlumat almaq üçün 441-24-23 (daxili 133) nömrəli telefona zəng etmək olar.

Satınalmalar komissiyası